2020-ci ildə Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu ölkələr — TOP 15

BİZNES 02 yan 2021, 20:12
Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr açıqlanıb.

Demokrat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, 2020-ci ilin 11 ayı ərzində Azərbaycanın ticarət əməliyyatı həyata keçirdiyi ilk 15 ölkə ilə ticarət dövriyyəsinin həcmi məlum olub.

Ticarət dövriyyəsinin həcminə görə ilk sırada İtaliya gəlir. Azərbaycandan ölkəyə 4 milyard 98,9 milyon ABŞ dolları həcmində məhsul ixrac edilib. Ölkədən Azərbaycana isə 363,6 milyon manat həcmində məhsul idxal edilib. Ticarət dövriyyəsinin həcmi ötən ilə nisbətən 22,3 faiz azalıb.

Ticarət dövriyyəsində ikinci əsas ölkə Türkiyədir. Azərbaycandan ölkəyə 2 milyard 506,9 milyon dollar həcmində məhsul ixrac edilib. 1 milyard 403,5 milyon dollar həcmində idxal həyata keçirilib. Türkiyə ilə ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 2,9 faiz azalıb.

Ticarət dövriyyəsində üçüncü tərəfdaş ölkə Rusiyadır. Müvafiq dövr ərzində Azərbaycandan ölkəyə 644,7 milyon dollar, Rusiyadan ölkəmizə 1 milyard 772,9 milyon dollar həcmində ixdal həyata keçirilib. Bu ölkə ilə ticarət dövriyyəsinin həcmi ötə ilə nisbətən 11,5 faiz azalıb.

Ticarət dövriyyəsinin həcminə görə dördüncü əməkdaş ölkə Çindir. Azərbaycandan ölkəyə 428,8 milyon dollar həcmində məhsul ixrac edilib, Çindən ölkəmizə 1 milyard 273,9 milyon dollarlıq ixdal baş tutub. İki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 12,3 faiz azalıb.

Ticarət dövriyyəsində beşinci əhəmiyyətli ölkə Almaniyadır. Azərbaycandan ölkəyə 232,3 milyon dollarlıq ixrac, Almaniyadan ölkəmizə 513,5 milyon dollarlıq idxal baş tutub. Almaniya ilə ticarət dövriyyəsinin həcmi iki dəfədən çox azalıb.

Ticarət dövriyyəsinə görə, digər əsas tərəfdaş ölkələr aşağıdakı kimidir:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top