
Nazirlər Kabnetinin qərarından narazı qalan bir qrup yük maşının sürücüləri bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qəbuluna düşmək üçün bir araya gəliblər.
Demokrat.Az xəbər verir ki, yük maşını sürücüləri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayor Ramiz Zeynalovdan şikayətçidirlər.
Sürücülər bildirir ki, Yol Polisi onları şəhərin mərkəzi yollarına buraxmırlar.
"Buna səbəb "188" və "166" yük maşınlarının Ramiz Zeynalova məxsus olmasıdır. Ramiz Zeynalov bu yolla öz şirkətinin monopoliyasınını davam etdirir. Hazırda da "188" və "166" yük maşınlarına yollarda yaşıl işıqdır. Heç bir Yol Polisi onları saxlamır. Amma bizi dərhal saxlayıb cərimələyirlər", - deyə şikayətçilər qeyd edib.