AMB-nin gələn il pul siyasətini nəzərdən keçirəcəyi tarixlər açıqlandı

MALİYYƏ 29 dek 2020, 09:35
2020-ci ildə olduğu kimi 2021-ci ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.

Bu barədə "Report" quruma istinadən xəbər verir.

Məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə yanvarın 29-u, martın 19-da, aprelin 30-u, iyunun 18-da, iyulun 30-da, sentyabrın 17-də, oktyabrın 29-da və dekabrın 17-də açıqlanacaq.

Qərarlardan dördünü qurumun sədri Elman Rüstəmov keçirəcəyi mətbuat konfransında açıqlayacaq. Media nümayəndələri ilə görüşlər yanvar, aprel, iyul və oktyabr aylarına nəzərdə tutulub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top