Azərbaycanda problemli kreditlərin həcmi azalıb

MALİYYƏ 26 dek 2020, 16:18
Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 922,9 milyon manat təşkil edib.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, dekabrın 1-nə olan göstəricilərə əsasən, bu əvvəlki ayla müqayisədə 8,3 faiz azdır.

Eləcə də, ilin əvvəli ilə müqayisədə kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi 29,4 faiz azalıb.

Milli valyutada vaxtı keçmiş kreditlərin həcmi 655,9 milyon manat, xarici valyutada isə 267 milyon manat olub.

Qeyd edək ki, bu kreditlər ümumi kredit qoyuluşlarının 6,3 faizini təşkil edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top