Deputat: “Hərbçilər, müəllimlər və həkimlər yüksək maaş almalıdır”

GÜNDƏM 24 dek 2020, 16:40
Milli Məclis bu gün 2021-ci il üçün dövlət büdcəsi layihəsi ətrafında müzakirələri nahardan sonra da davam etdirir.

Demokrat.az xəbər verir ki, müzakirələrdə əsasən deputatlar çıxış edərək büdcə layihəsinə dair təkliflərini irəli sürürlər.

Deputat Aydın Mirzəzadə qeyd edib ki, büdcə layihəsi yüksək səviyyədə hazırlanıb.

O vurğulayıb ki, Xankəndi şəhərinin hüququ statusu müəyyən edilməli, habelə nazirliklər bu şəhərdə yerli strukturlarını açmalıdır.

Deputat bildirib ki, növbəti bir neçə ildə hərbi sahəyə ayrılan vəsait yüksək səviyyədə olmalıdır: “Azərbaycanda hərbçi, müəllim və həkimlər yüksək maaş almalıdır. Dünən elan edildi ki, səfərbərliyə çağırılan şəxslər 400 manat maaş alacaq. Bu, müsbət haldır”.

Aydın Mirzəzadə həmçinin bankların kredit faizlərinin aşağı salınmasını təklif edib: “Hökumət üzvlərindən xahiş edirəm ki, bank fazilərinin aşağı salınması məsələsini götür-qoy etsinlər. Bu, banklar üçün də xeyirlidir”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top