Şahvələd Çobanoğlunun ölkədən çıxışına qadağa götürüldü — FOTO


GÜNDƏM 23 dek 2020, 18:08
Jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qoyulan qadağa götürülüb.

Bu barədə Arqument.az-a vəkili Zibeydə Sadıqova məlumat verib.

O bildirib ki, 2014-cü ildə Baş Prokurorluq yanında Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi tərəfindən qoyulan qadağa 2020-ci il noyabrn 11-də götürülüb.

Vəkilinə isə dekabr 15-də rəsmi məktubla məlumat verilib.

Baş Prokurorluq Şahvələd Çobanoğlunun ölkədən çıxışına 2014-cü ildə qadağa qoyub. 



Qadağa 6 il davam edib və jurnalist dəfələrlə İstintaq İdarəsi müxtəlif işlərlə bağlı şahid qismində dindirilib. 

2015-ci ilin fevralın 24-də köşə yazarı Şahvələd Çobanoğlu Bakı Ağır Cinayətlərə Dair İstintaq İdarəsində ifadə verib. 

Dindirilmə "AzadlıqRadiosu”nun və "Fərqli düşüncə” dərgisi işi çərçivəsində olub.

O, dindirilmələrlə bağlı dəfələrlə məhkəmə insantansiyalarına müraciət edib. Hazırda ona qoyulan qadağa ilə bağlı iş Avropa İnsan Haqları Məhkəməsindədir. 

Ş.Çobanoğlu tənqidçi jurnalistdir.

Müxtəlif vaxtlarda "7 gün”, "Azərbaycan” qəzetlərinin müxbiri, "Hürriyyət”, "Günaydın” qəzetlərinin baş redaktoru işləyib, "Azadlıq” qəzetində köşə yazıb və başqa media orqanlarında çalışıb.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top