Məhkəmə “Napoli”nin texniki məğlubiyyətini ləğv etdi

İDMAN 23 dek 2020, 00:37
İtaliya A seriyasının IV turunda “Yuventus”la oyuna yollanmadığı üçün texniki məğlubiyyət alan “Napoli”nin şikayəti təmin olunub.

Koronavirusa yoluxma səbəbindən səfərə gedə bilməyən Neapol təmsilçisinə verilən 0:3 hesablı texniki məğlubiyyət ləğv edilib.

Apelyasiya şikayətini qazanan Cennaro Qattuzonun kollektivinin turinlilərlə matçı baş tutacaq. İtaliya İdman Arbitraj Məhkəməsi federasiyanın qərarını ləğv edib. Bu komandalar arasında qarşılaşmanın yeni tarixi barədə yaxın müddətdə məlumat veriləcək.

Qeyd edək ki, “Yuventus” – “Napoli” oyunu oktyabrın 4-də Turində keçirilməli olsa da, qonaq komandada koronavirusa kütləvi yoluxma halı aşkarlandığından, yerli səhiyyə orqanları bu səfərə icazə verməmişdi./Apasport.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top