"Səfərbərliyə yaşı çatmayanlar günlərlə “hərbi komissarlıqlar”ın qarşısında dayanırdı"

SOSİAL 20 dek 2020, 13:42
Vətən müharibəsi bizə xalqımızın necə birlik nümayiş etdirdiyini göstərdi. Azyaşlı uşaqlardan tutmuş böyüklərə qədər hər kəs Vətən, əsgərləri üçün nə isə etməyə çalışırdı. Müharibə başlamazdan öncə səfərbərliyə yaşı çatmayan gənclər, hətta bütün xalqımız əsgərlərimizin yanında olmaq istəyirdi.

Səfərbərliyə yaşı çatmayan gənclərimiz döyüşə aparılmadıqları halda nələr ediblər?

Demokrat.az xəbər verir ki, hərbi ekspert Şair Ramaldanov Modern.az-a bildirib ki, müharibə başlayandan bitənə qədər 18 yaşını tamamlamamış çox gənc cəbhəyə getmək üçün günlərlə “hərbi komisarlıqlar”ın qarşısında dayanırdı:

"Müharibə dövründə gənclərlə yanaşı, yaşı səfərbərlikdə göstəriləndən yuxarı olan insanlar da müraciət edirdilər. Bu haqda məlumat var, amma onlar qeydiyyata alınmadıqları üçün konkret olaraq siyahı yoxdur".

Ekspert qeyd edib ki, müharibə dövründə cəbhə bölgəsində yerləşən rayonlarda yaşayan gənclər hətta döyüş bölgəsinə qədər gediblər, amma oradan uzaqlaşdırılıblar:

"Onlar müharibəyə aparılmayacaqlarını başa düşdükdən sonra arxa cəbhədə əsgərlərimizə, ordumuza kömək etməyə başlayıblar. Həm gənclərimizin, həm də xalqımızın müharibə zamanı əsgərlərimizə dəstəyi onları daha da gücləndirirdi".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top