“Qarabağ” ordenli şəhid kapitan Elçin Tağıyevin döyüş yolu — VİDEO

SOSİAL 20 dek 2020, 13:10
Peşəkar zabit Elçin Tağıyev Vətən Müharibəsi dövründə qəhrəmanlıq göstərən hərbi qulluqçulardan biri olub.

Əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, daha sonra Ali Hərbi Məktəbi bitirmiş Biləsuvar rayonunun Zəhmətabad kənd sakin Elçin Tağıyev ordu sıralarında kapitan rütbəsinə qədər yüksəlib.

Şəhid olmamışdan öncə ona mayor rütbəsi təqdim olunsa da, bu rütbəni çiyinlərinə taxmaq qismət olmayıb.

Talış və Suqovuşan istiqamətində döyüşən qəhrəman zabitimiz həmin strateji ərazilərin işğaldan azad olunmasında taboru ilə birlikdə şücaət göstərib və bu döyüşlərdə şəhid olub.

O, “Qarabağ” ordeni ilə təltif edilib.

Daha ətraflı Baku TV-nin süjetində izləyin:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top