Koronavirusun yeni növü — Daha tez yayılır və tez öldürür (VİDEO)


GÜNDƏM 20 dek 2020, 00:35
Bütün dünyanı əhatə edən COVİD-19 epidemiyasının qarşısını almaq üçün aparılan araşdırmalar sona çatdığı zamanda İngiltərədən qorxulu açıqlama gəlib.

Demokrat.az
“haberler”ə istinadən xəbər verir ki, ilk dəfə 2019-cu ilin dekabrında Çinin Yuhan şəhərində yayılan və qısa müddətdə bütün dünyanı təsir altına alan yeni tip koronavirus epidemiyası (COVİD-19) səbəbiylə dünya miqyasında 1 milyon 684 mindən çox insan ölüb, 76 milyondan çox insan isə yoluxub.

Professor Kris Vittiy, mutasiyaya uğramış yeni COVİD-19 növünün daha sürətli yayıldığını və ölümcül olduğunu bildirib.

O mutasiya nəticəsində ortaya çıxan koronavirusun yeni növünün daha sürətli yayıla biləcəyini söyləyib.

Hazırda bu yeni növün daha ölümcül olduğuna və ya mövcud peyvəndlərə və müalicələrə təsir göstərə biləcəyinə dair hələ bir dəlil yoxdur.

Ancaq bu fikri açıq şəkildə təsdiqləmək üçün təcili araşdırmalara ehtiyac var deyə bildirib.

Həmçinin, İngiltərədəki xəstəxanaların yataq tutumunun yüzdə 90-nın dolu olduğu açıqlanıb.




Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top