Səfir: "İsrail və Azərbaycan innovasiyalar üzrə ikitərəfli razılaşma üzərində işləyir"

SAHİBKARLIQ 17 dek 2020, 19:32
İsrail və Azərbaycan innovasiyalar sahəsində ikitərəfli razılaşma istiqamətində birgə işlər aparır.

Demokrat.az-ın məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "İnnovasiya həftəsi" çərçivəsində təşkil olunan "World Net Summit" beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, gələcəkdə razılaşma imzalanandan sonra Azərbaycan və İsrail şirkətləri və startapları arasında əməkdaşlıq üçün platforma yaradılacaq.

Bundan əlavə, səfir İsrail şirkətlərinin Azərbaycanla hətta COVID-19 pandemiyası dövründə belə əməkdaşlığa hazır olduğunu bildirib./APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top