Paşinyanın sülhməramlılar barədə dediklərini Rusiya MN təkzib etdi

QARABAĞ 17 dek 2020, 11:06
Paşinyanın Hadrutda yerləşdirilən sülhməramlı qüvvələr barədə dediklərinə Rusiya Müdafiə Nazirliyindən açıqlama verilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Hadrutun Köhnə Tağlar və Çaylaqqala kəndləri istiqamətində Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən mühasirəyə alındığını bildirmişdi. Məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, Paşinyanın yaydığı bu xəbər yalandır, həqiqəti əks etdirmir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top