Partiya sədri Ədalət Vəliyevlə müzakirə aparıb

DAXİLİ SİYASƏT 15 dek 2020, 17:56
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Bədrəddin Quliyevlə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdri Ədalət Vəliyevlə müzakirələr aparıb. 

Bu barədə CHP sədri Bədrəddin Quliyev məlumat verib.

Onun sözlərinə görə, telefon danışığı zamanı ölkədə ictimai-siyasi vəziyyət, Azərbaycan Ordusunun əldə etdiyi zəfər və digər məsələlər müzakirə edilib: “Ədalət Vəliyev bizi Prezidentin adından qələbə münasibəti ilə təbrik etdi. Müzakirə zamanı ölkəmizin böyük qələbə əldə etdiyi, 30 ildən sonra torpaqların işğaldan azad edildiyi qeyd olundu, qələbə paradının əhəmiyyəti vurğulandı, ölkədə mövcud olan milli həmrəyliyin qorunub saxlanılmasının vacibliyi önə çəkildi. Eyni zamanda milli və dövlətçilik məsələlərində dövlətin yanında olduğumuzu qeyd etdik. Ümumən milli məsələlərdə əməkdaşlığın əhəmiyyəti qeyd olundu, tərəflər bundan sonra da milli həmrəyliyin qorunub saxlanılması məsələsində eyni mövqedən çıxış etdi”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top