Aydın Mirzəzadə: “Deyəsən, Azərbaycanla 44 günlük müharibə və kapitulyasiya aktı onlara dərs olmadı”

SİYASƏT 13 dek 2020, 22:28
"Ermənistanın baş naziri Azərbaycanın Hadrut qəsəbəsi yaxınlığında Azərbaycan silalı qüvvələrinin antiterror əməliyyatı ilə bağlı Ermənistan təhlükəsizlik şurasının təcili iclasını çağırır".

 Demokrat.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə deyib.

 "Azərbaycanın öz ərazisində keçirdiyi əməliyyatın Ermənistana nə dəxli var? Deyəsən, Azərbaycanla 44 günlük müharibə və kapitulyasiya aktı onlara dərs olmadı.

 Deyəsən, Ermənistan artıq 26 sentyabrdakı vəziyyətin olmadığını və heç zaman da geri qayıtmayacağını unudub.

 Ermənistanda az qala vətəndaş müharibəsi həddindədir, təhlükəsizlik şurasının nəinki təcili, heç növbəti iclası çağrılmır. Faktiki olaraq ikihakimiyyətlilikdir, təhlükəsizlik şurasının iclası çağrılmır.

 Ermənistan orudusunun az qala bütün hərbi texnikasını Azərbaycanla müharibədə itirib, təhlükəsizlik şurasının iclası çağrılmır. 10 mindən çox gənc və subay hərbiçisinin müharibədə itirib, təhlükəsizlik şurasının iclası çağrılmır.

Xaricdəki erməni diaspor dairələrinin tanınmış simaları Ermənistanın ana xəttinin təhlükəli olduğunu elan edirlər, təhlükəsizlik şurasının iclası çağrılmır.

Ermənistanın özünün uydurduğu dünyadan ayılmağının vaxtı deyilmi?
 
Azərbaycanın dərsi onlara az olmadımı? Onların Azərbaycanla oyunun ilk növbədə özləri üçün təhlükəli olduğunun fərqində nə vaxt olacaqlar?", - deyə deputat vurğulayıb./pravda.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top