Pakistan Azərbaycana humanitar yardım göndərdi — FOTO


XARİCİ SİYASƏT 12 dek 2020, 11:21
Pakistan hökuməti Azərbaycana humanitar yardım göndərib.

Bu ölkənin Azərbaycandakı səfirliyindən Demokrat.az-a verilən məlumata görə, yardım işğaldan azad edilən ərazilərdə işləyən hərbçilər və digər insanlar üçün nəzərdə tutulub.

Pakistandan xüsusi təyyarə ilə göndərilən humanitar yardım Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın müvafiq qurumlarının rəsmilərinə təhvil verilib.

Pakistanın Azərbaycandakı səfiri Bilal Haye bildirib ki, bu yardım ölkəsinin Azərbaycan xalqına qardaşlıq münasibətinin daha bir nümunəsidir. Pakistan hökuməti və xalqı həmişə Azərbaycanın yanında olub və azad edilmiş ərazilərin yenidən qurulması, məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması zamanı hərtərəfli dəstəyini göstərməyə hazırdır.

Azərbaycan rəsmiləri yardıma görə minnətdarlıq ediblər.


 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top