Rusiya növbəti S-400 razılaşması barədə Türkiyənin qərarını gözləyir

DÜNYA 07 dek 2020, 16:05
Rusiya hökuməti Türkiyəyə növbəti S-400 komplekslərinin satışı məsələsi barədə açıqlama verib.

Yeniavaz.com “TASS”a istinadla xəbərt verir ki, Rusiya hökuməti S-400 hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə çatdırılması üçün ilk müqaviləni icra etdiyini və növbəti razılaşma üçün də hazır olduqlarını açıqlayıb:

“Növbəti müqavilənin imzalanması rəsmi Ankaranın qərarından asılı olacaq. Türkiyə ilə ilk S-400 müqaviləsi tam icra olunub, sistemlərin bütün komponentləri Türkiyəyə təhvil verilib və Rusiyaya tam ödəniş edilib. Növbəti müqavilə barədə qərar Türkiyə məhkəməsindədir, ortaqlarımızın bu barədə qərar verməsini gözləyirik”.

Qeyd edək ki, 2017-ci ildə Rusiya ilə Türkiyə arasında S-400 hava hücumundan müdafiə sistemlərinin satın alınması ilə bağlı 2,5 milyard dollarlıq müqavilə bağlanıb. 2019-cu ilin iyul ayından başlayaraq bir neçə ay müddətində S-400 Türkiyəyə təhvil verilib. S-400 hava hücumundan müdafiə sistemləri 400 kilometr məsafədə, 30 kilometr hündürlükdə təyyarə, kruiz, ballistik raketləri o cümlədən quruda istifadə edilən digər silahları vurma qabiliyyətinə malikdir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top