Ana Vətən Partiyası da şəhidlərin xatirəsini yad etdi — FOTOLAR

GÜNDƏM 04 dek 2020, 13:07
Ana Vətən Partiyası da şəhidlərin əziz xatirəsini yad edib.

Demokrat.az partiyanın bununla bağlı açıqlamasını təqdim edir:

"30 ildir həsrətində olduğumuz işğalçı Ermınistanın zəbt etdiyi torpaqlarımızı barbarlıqdan, vandallıqdan, vəhşilikdən azad etdik. Torpaqlarımız öz sahibinə qovuşdu, bölünməz Azərbaycana. Tək amalımız olan Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 

Bütövlüyümüzün təminatçısı Ölkə Prezidenti, Ali Baş Komandanımız Cənab İlham Əliyevin siyasi iradəsi, peşəkar diplomatik səriştəsi, qəhrəman zabit və əsgərlərimizin şücaəti, xalqın Prezidentə güvəni bu gün bizə bu zəfəri qazandırdı. Olduqca böyük fəxarət və qürur hissi yaşayan Azərbaycanın başı dik, qaməti əyilməzdir! 

Ana Vətən Partiyası Qadınlar Şurasının İdarə Heyətinin üzvləri 03 Dekabr 2020 - ci ildə Milli dövlətçiliyimizin memarı kimi and yerimizə çevrilmiş Ulu Öndər Heydər Əliyevin məzarını və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş qəhrəmanlarımızın uyuduğu Şəhidlər Xiyabanını ziyarət etdilər.

Müasir qüddrətli Azərbaycan dövlətinin banisi, yaradıcısı və qurucusu Ulu Öndərimizə,ərazi bütövlüyümüz uğrunda şəhid olan bütün soydaşlarımıza Ulu Tanrıdan rəhmət, yaralı zabit və əsgərlərimizə şəfa diləyirik".

No description available.

No description available.

No description available.

No description available.

No description available.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top