AFFA türkiyəli futbolçular üçün TFF ilə danışıqlar aparır

İDMAN 26 noy 2020, 10:27
Azərbaycan Premyer Liqasında çıxış edən türkiyəli futbolçular legioner hesab edilməyə bilər.

"Report"un məlumatına görə, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Türkiyə mətbuatına açıqlama verib.

O bildirib ki, hazırda bu yöndə Türkiyə Futbol Federasiyası ilə danışıqlar davam edir: "Başakşehir"dən icarə əsasında "Neftçi"yə keçən Mert Çelik Azərbaycan vətəndaşlığını aldıqdan sonra milli komandalarda çıxış etməyə başladı. U-21-in heyətində qısa vaxtda yaxşı oyun sərgilədi və əsas yığmanın baş məşqçisi Canni De Byazinin diqqətini çəkdi. Yaxın müddətdə əsas komandanın əvəzolunmaz oyunçusundan ola bilər".

Məmmədov türkiyəli futbolçu Ozan Can Kökçünün isə "Sabah"da çıxış etdiyini xatırladıb: "AFFA olaraq Türkiyədə yetişən oyunçuları çempionatımızda daha çox görmək istəyirik".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top