Beynəlxalq humanitar hüquq üzrə 1-ci Bakı Virtual Konfransı keçiriləcək


SOSİAL 20 noy 2020, 10:43

24 Noyabr 2020-ci il tarixində “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənən layihə çərçivəsində Silahlı münaqişələrdə mülki əhalinin qorunması üzrə 1-ci Bakı Beynəlxalq Virtual Humanitar hüquq Konfransı onlayn platforma üzərindən təşkil olunacaqdır.


Dünya Uşaqlar Gününə həsr olunacaq bu tədbirin əsas məqsədi beynəlxalq hüquq, beynəlxalq münasibətlər, konfliktlərin həlli, uşaq və qadın hüquqları üzrə mütəxəssislər və araşdırmaçıların, QHT rəhbərlərinin iştirakı ilə konfrans təşkil etməklə silahlı münaqişələrdə mülki əhalinin qorunması məsələlərinin müzakirəsi, eləcə də Ermənistan – Azərbaycan Dağlıq Qarabağ problemi kontekstində mövqeyimizin beynəlxalq icmaya çatdırılmasıdır.


Bu günədək artıq bir neçə beynəlxalq ekspertlər konfransda iştiraklarını təsdiqləmişlər. Belə ki tədbirdə Beynəlxalq Miqrasiya Təşkilatının, Beynəlxalq Qızıl Xaç Komitəsinin, İsveçin İnsan Hüquqlari və Humanitar Hüquq üzrə Raul Vollenberq İnstitutunun, Türkiyənin İzmir şəhər Vəkillər Bürosunun, Böyük Britaniyanın Quantum5 Beyin Mərkəzinin nümayəndələri, müstəqil beynəlxalq və milli mütəxəssislərin, eləcə də yerli QHT rəhbərlərinin iştirakı təqdiqlənmişdir.


Ramil İskəndərli
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri (laied.az)


Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top