Ermənilər Ağdamı da tərk edərkən evləri yandırırlar — VİDEO

GÜNDƏM 19 noy 2020, 11:23

Ağdamda qanunsuz məskunlaşan ermənilər oranı tərk edərkən mağaza və evləri yandırırlar.


“Report” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.


Kənddən çıxan Armen adlı sakin agentliyə öz ərzaq mağazası, daha sonra isə evini yandıracağını söyləyib:


“Sabahadək (noyabrın 19-dək - red.) getməyə vaxt verdilər. Hər şeyi aparmaq imkanı yoxdur. Ona görə indi ən doğrusu bunları yandırmaqdır. Türklərə heç nə saxlamayacağam”.


O qeyd edib ki, Boyəhmədli kəndində 10 il öncə məskunlaşıb.


Xatırladaq ki, ermənilər Kəlbəcəri də tərk edərkən oradakı evləri yandırır, ətraf mühitə ziyan verir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top