Tramp: “Bayden seçkilər saxtalaşdırıldığı üçün qalib gəlib”

DÜNYA 15 noy 2020, 20:27

“Demokratların namizədi Co Bayden 3 noyabr prezident seçkiləri saxtalaşdırıldığı üçün qalib gəlib”.

 

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün tvitter hesabında yazıb.

 

“Seçki saxtalaşdırıldığı üçün (Bayden - Red) qazandı. Müşahidəçilər (Respublikaçılar - Red) səslərin sayılmasına buraxılmadı. Səslər pis reputasiyaya və Texasda istifadə hüququ da ala bilməyən dəhşətli bir avadanlıqla təchiz edilən, radikal solçu olan özəl Dominion şirkəti tərəfindən sayıldı. Co Bayden yalnız yalançı KİV-in gözündə qalibdir”, - deyə D.Tramp bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top