
"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salahda koronavirus aşkarlanıb.
Demokrat.az-ın məlumatına görə, Misir yığmasının düşərgəsində olan 28 yaşlı hücumçunun testi müsbət nəticələnib.
Təcrübəli oyunçuda xəstəliyin simptomları aşkarlanmayıb. Millinin digər üzvlərinin test nəticəsi mənfidir.
Qeyd edək ki, Misir yığması noyabrın 14-də Afrika Millətlər Kubokunun seçmə mərhələsində Toqo ilə üz-üzə gələləcək.