Azərbaycan polisi Şuşada komendant rejimində fəaliyyətə başladı

SOSİAL 12 noy 2020, 23:36

Şuşada komendant rejiminin tətbiqinə başlanılıb.

 
Demokrat.az xəbər verir ki, Şuşa Rayon Polis Şöbəsi Şuşa şəhərinə köçürülüb.

 
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Fərmanına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Şuşa Şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub.

 
Hazırda RPŞ-nin əməkdaşları və Daxil Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Şuşa şəhərində komendant rejimində fəaliyyətini davam etdirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top