Rusiya sülhməramlıları Xankəndiyə daxil oldu


GÜNDƏM 12 noy 2020, 22:36

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin əsas qüvvələri öz məsuliyyət bölgələrində yerləşdirilməyə davam edir, xüsusən 15-ci əlahiddə motoatıcı briqadanın sülhməramlı batalyonu marş icra edərək Xankəndi şəhərinə daxil olub, onun önxətt bölmələri isə Şuşa şəhərinin yaxınlığında müşahidə məntəqələrinin yerləşdirilməsinə başlayıblar.


TASS-ın məlumatına görə, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.


“Rusiya sülhməramlı kontingentinin əsas qüvvələrinin yerləşdirilməsi davam edir. 15-ci əlahiddə motoatıcı briqadanın sülhməramlı batalyonu marş icra edərək 17:00-da Xankəndi şəhərinə daxil olub. Dağlıq Qarabağda və Laçın dəhlizində tərəflərin təmas xətti boyunca 10 müşahidə postu yerləşdirilib. Sülhməramlı briqadanın ön bölmələri Gorus-Sus-Göytala- Şuşanın cənub-qərb kənarı marşrutu boyunca marş icra edib və “Cənub” məsuliyyət bölgəsində dörd müşahidə məntəqəsinin yerləşdirilməsinə başlayıb”, - deyə Rusiya MN nümayəndəsi bildirib. (oxu.az)



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top