Ermənilərin daha bir yalanı ifşa olundu — FOTO

SİYASƏT 29 okt 2020, 21:54

Fransanın məşhur AFP agentliyində guya Xankəndi şəhərinin Azərbaycan Ordusu tərəfindən raket atəşinə tutulması ilə bağlı məlumat dərc olunub.

 

Demokrat.az xəbər verir ki, həmin məlumat Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində törətdiyi terror hadisəsi zamanı çəkilən foto ilə birlikdə yayımlanıb. Belə ki, saxta xəbər yaymaqla kifayətlənməyən agentlik ermənilərin Bərdə şəhərində törətdiyi terror aktından sonra çəkilən fotonu Dağlıq Qarabağda lentə alınmış foto kimi təqdim edib.

 

Daha sonra azərbaycanlı oxucuların, sosial şəbəkə izləyicilərin çoxsaylı şikayət və etirazlarından sonra həmin foto xəbərdən çıxarılıb./"Qafqazinfo"

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top