Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirində iştirak edən milli komandamıza dəstək aksiyası keçirilib.
Demokrat.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Macarıstanda yaşayan azərbaycanlılar orada səfərdə olan cüdo üzrə milli komandamızın qaldığı otelin qarşısında idmançılarımıza dəstək olub.
Koronavirus (COVID-19) pandemiyası səbəbi ilə onlara görüşməyə icazə verilməyib, amma otelin qarşısında toplaşan həmyerlilərimiz dəstək nümayiş etdiriblər.
Cüdoçular həmvətənlərimizə təşəkkür edib.