COVID-19 əleyhinə vaksin hazırdır? — AÇIQLAMA

SOSİAL 22 okt 2020, 15:24

“Çox ölkələr deyir ki, COVID-19-un vaksini var, onlar barədə məlumat verirlər. Lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu məlumatları rəsmi təsdiq etməyib”.


Bunu AzTV-nin efirində yayımlanan “Gün başladı” verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə deyib.


O bildirib ki, vaksinlər könüllülər üzərində sınaqlardan keçirilir:


“Sınaqlar üçmərhələli olur. Həkim və alimlər üçün önəmli olan hər kliniki mərhələni keçən sınaqların nəticələrinin ictimaiyyətə açıq olmasıdır. ÜST yalnız üçüncü kliniki mərhələdən keçən vaksinləri qəbul edir və baxır. Hələlik bu istiqamətdə rəsmi məlumat yoxdur”.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top