MMP beynəlxalq təşkilatlara Ermənistanın işğalçılıq və terrorçuluq cinayətini çatdırdı

SİYASƏT 21 okt 2020, 17:08

Müasir Müsavat Partiyası (MMP) işğalçı Ermənistanın Azərbaycana qarşı işğal siyasətini davam etdirməsini pisləyən məktub ünvanlayıb.
 

Versus.Az xəbər verir ki, bu barədə MMP-nin mətbuat xidmətindən bildirilib.

 
Məktubda Ermənistanın 1991-ci ilin sonlarından başlayaraq türklərə olan tarixi düşmənçiliyini yeni fazada başlatdığından, Azərbaycan torpaqlarını işğal etməyindən faktların dili ilə bəhs edilib.

 
Məktubda deyilir:

 
“Azərbaycan XX əsrin axırlarından başlayaraq erməni terrorizminə məruz qalıb və hələ də qalmaqdadır. Bu gün Ermənistan daha da irəliləyərək daha yeni ərazilərimizi işğal etməyə çalışır. Qeyd edək ki, müharibə Ermənistan ərazisində deyil, Azərbaycanın öz tarixi torpaqlarında gedir. Azərbaycan ordusu isə erməni terroruna qarşı əks-hücumlarla 30 ilə yaxındır işqalda saxlanılan torpaqlarını geri qaytarmağa çalışır və qaytarır da.


27.09.2020-ci il tarixindən başlayaraq Ermənistan Azərbaycan ərazilərinə raket zərbələri endirir. 10 oktyabrda Rusiyanın təşəbbüsü ilə tərəflər arasında humanitar atəşkəs müqaviləsi imzalandı. Ancaq müqavilənin tətbiqindən yarım saat keçməmiş Ermənistan Azərbaycanın cəbhə xəttindən uzaq şəhərlərinə raket zərbələri endirərək, mülki vətəndaşlara növbəti soyqırım yaşatdılar. 11.10.2020 tarixdə Azərbaycanın Gəncə və Tərtər şəhərlərindəki mülki obyektlərə və insan məskənlərinə raket atdı. Ağdam rayonu da ağır artilleriya hücumuna məruz qaldı. Mingəçevir şəhərinə SCUD ballistik raketi buraxdı. Cəbrayıl və Hadrut bölgələrinə hücumlara başladı. Füzuli bölgəsinin kəndlərinə raket atıldı.


Göründüyü kimi, Beynəlxalq etirazlara baxmayaraq, Ermənistan yeni bir müharibə cinayətini törətdi. 17 oktyabr 2020-ci il tarixində gecə saat 1 radələrində Gəncəyə üçüncü dəhşətli raket hücumu etdi. Gəncədəki dinc insanlara ballistik raketlərin atılması, 1949-cu il Cenevrə Konvensiyaları və əlavə protokolları və BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla, insan hüquq və azadlıqlarının, ümumiyyətlə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Mülki insanlara qarşı edilən bu vəhşiliklər müharibə cinayətidir və beynəlxalq hüquqi qiymət verilməlidir.


1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən və Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış dövlətinin toxunulmazlığına hörmət etdiyini təsdiqləyən 4 qətnamə (822, 853, 874 və 884) qəbul edib.


ATƏT-in Minsk Qrupunu BMT-nin Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin icrasına çağırırıq. Qarabağ Azərbaycandır!

 
Qeyd edək ki, məktub aşağıdakı təşkilatlara ünvanlanıb:

 
Beynəlxalq Qaçqınlar Təşkilatı, Human Rigts Watch, Sərhədsiz Jurnalistlər, Silah Satışına Monitorinq Layihəsi, Sülh və Təhlükəsizlik Tərəfdaşı olan iqtisadçılar, Qadınların Sülh və Azadlığı Beynəlxalq liqası, Amnesty İnternational, Yardım Aksiyası, Sülhyaratma Alyansı, Beynəlxalq yardım və Nicat Təşkilatı, Katolik Nicat xidmətləri, Danimarkanın Qaçqınlar Şurası, Norveçin Qaçqınlar Şurası, Sülhyaratma Qadınların Qlobal şəbəkəsi, Ərəb Dövlətlər liqası, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Nüvə Sınaqların Hərtərəfli Qadağan olunması üzrə Müqavilə Təşkilatı, Parlamentlərarası ittifaq, Milli Demokratiya İnstitutu, İnsan Hüquqları Beynəlxalq Cəmiyyəti, Təhsil Məsələləri üzrə İslam Təşkilatı, İslam Dünyası Cəmiyyəti, Avronest Parlament Assambleyası, Qlobal Təhlükəsizlik Təşkilatı, Atət Parlament Assambleyası, Qoşulmama hərəkatı, Birləşmiş Millətlər Təşkilatı, ATƏT Minsk qrupunun həmsədr ölkələri, Unicef, Unesco.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top