Tovuzda gənc oğlan Kürdə batdı

HADİSƏ 06 sen 2020, 23:46

Kür çayında bir nəfər batıb.

 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə çayın Tovuz rayonundan keçən hissəsində qeydə alınıb. Cəlilli kənd sakini, 1996-cı il təvəllüdlü Qasımov Ümid Elçin oğlu Kürdə boğulub. Onun meyiti tapılaraq ailəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top