Yataqxanada yanğın oldu — iki azyaşlı öldü

HADİSƏ 30 avq 2020, 08:00

Şirvan şəhərində yataqxanada yanğın baş verib.


APA-nın məlumatına görə, hadisə H.Əliyev prospekti, 1 ünvanında yerləşən yataqxanada qeydə alınıb.


Hadisəyə səbəb mənzillərdən birində divanın yanması olub. Evdə olan iki yaşlı Araz Pünhan oğlu Vəliyev və 5 yaşlı Eldar Pünhan oğlu Vəliyev tüstüdən boğularaq ölüblər.


Azyaşlıların meyitləri müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top