Azərbaycanda faciə: futbolçu qəzada öldü - FOTO

HADİSƏ 03 okt 2018, 17:56

“Sumqayıt” FK-nın U-15 komandasının futbolçusu Ayxan Qasımov avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

“Sumqayıt” Futbol Klubu futbolçumuzun vəfatından kədərləndiyini bildirir və ailəsinə başsağlığı verir.

 

Xatırladaq ki, hadisə oktyabrın 2-si, saat 10:00 radələrində baş verib.

Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakiniFəxrəddin Bəşirov idarə etdiyi “İSUZU” markalı avtomobillə yolun kənarı ilə gedən qəsəbə sakinləri Ayxan Qasımovu və Rasim Bayramovu vurub.

Nəticədə, onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top