“Azərbaycanda sosial şəbəkə istifadəçilərinin fəaliyyəti qanunla tənzimlənməlidir. Bu, çox vacibdir”.
Demokrat.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Deputat bildirib ki, informasiya təhlükəsizliyi diqqət mərkəzində saxlanılmalıdır.