"Bir müddət öncə deputatlar üçün ödənişsiz ingilis dili kursu təşkil etmişdik. Təəssüflər olsun ki, deputatlar həmin kursa maraq göstərmədilər”.
Demokrat.Az Bakıpost-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyevin məmurların xarici dil öyrənməsi ilə bağlı təklifinə münasibət bildirərkən deyib.
O bildirib ki, həmin kursa cəmi 3-4 deputat qatılmışdı.