"Polis olmasa, müsəlmanı yaxşı tanıyıram, bir-birinin ətini yeyər" — Rəşid Mahmudov

SOSİAL 09 iyun 2020, 23:45

“Bu ölkə düzəlməlidir, belə olmaz. Qayda-qanuna riayət etmək lazımdır”

 

Demokrat.az bildiri ki, bunu moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb  Universitetinin dosenti Rəşid Mahmudov deyib. 

 

R.Mahmudov polis zibil atan vətəndaşların hərəkətini tərbiyyəsizlik adlandırıb:

 

“Bu ölkə düzəlməlidir, belə olmaz. Qayda-qanuna riayət etmək lazımdır. Polisin başına binadan zibil atmaq tərbiyyəsizlikdir. Lap ordan keçən polis deyil, mənəm, niyə mənim başıma zibil atırsan? Düzdü, polislərin də içində danışığını bilməyən, vətəndaşla düzgün danışmayanları var və onlar da cəzasın alır. Amma insanlar da dövlətin polisinə hörmətlə yanaşmalıdır, onlar bizi qoruyur. Polis olmasa, müsəlmanı yaxşı tanıyıram,  bir-birinin ətini yeyər. Əli Həsənov kimilər bu hakimiyyətdə olanda çox işlər gördülər. Xaricdə yaşayan və onların əleyhinə danışan adamların burda ölülərini təhqir edirdilər. Belə olmaz qardaş, bu cür hərəkətlər bizi dünyaya vəhşi millət kimi təqdim edir. Söyüşlə siyasət olmur, ətrafımızı bu cür adamlardan təmizləməliyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 avqust 2025, 23:29
Top