Ana azyaşlı qızının bədənində siqaret söndürüb? — VİDEO

GÜNDƏM 03 avqust 2025, 22:21
Abşeron rayonun Masazır qəsəbəsində 8 yaşlı qıza anası tərəfindən işgəncə verildiyi, onun bədənində siqaret söndürüldüyü iddia olunur.

“Qafqazinfo” xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd olunub ki, uşağın bədənində işgəncə izləri var.

Uşağın anası Fatimə Mahmudova iddiaları təkzib edib və bildirib ki, bu, onunla ədavəti olan şəxslərin qərəzli paylaşımlarıdır.

Məsələ ilə bağlı DİN-dən bildirilib ki, ananın ərazi üzrə polis idarəsində izahatı alınıb. Görüntülərlə bağlı araşdırma davam etdirilir.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 avqust 2025, 23:29
Top