ABŞ Türkiyənin icazəsi olmadan Qara dənizə hərbi gəmilərini göndərə bilməyəcək

DÜNYA 03 avqust 2025, 20:20

ABŞ-nin nüvə sualtı qayıqları və digər gəmilərinin Dardanel və Bosfor boğazlarından Qara dənizə keçməsi üçün Türkiyədən icazə alması tələb olunur.

Oxu.Az "Türkiye" nəşrinə istinadən xəbər verir ki, bunu beynəlxalq hüquq eksperti Hakkı Hakan Erkiner deyib.

Ekspert vurğulayıb ki, boğazların rejimi ilə bağlı Montrö Konvensiyasına uyğun olaraq, Türkiyənin sülh dövründə hərbi gəmilərin keçidinə nəzarət etmək üçün tam hüquqi səlahiyyəti var.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiyadan gələn təhdidlərə cavab olaraq, iki nüvə sualtı qayığının "müvafiq bölgələrdə" yerləşdirilməsinə göstəriş verdiyini açıqlayıb, lakin dəqiq əraziləri qeyd etməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 avqust 2025, 23:29
Top