Virusoloq: "Futbolçular oyuna maska ilə çıxsın"

DÜNYA 21 apr 2020, 15:52

Belçikalı məşhur virusoloq və epidemioloq Mark Van Ranst təklif edir ki, koronavirusla mübarizə günlərində futbol matçları keçiriləcəyi halda oyunçular meydançalara maskasız çıxmasın.


Demokrat.az xəbər verir ki, yenidən keçirilməyə başlanacaq liqalar üçün virusoloq belə bir təkliflə çıxış edib. Ranst vurğulayıb ki, klassik əməliyyat maskaları heç bir işə yaramayacaq. O, velosipedçilər və amerikalı futbolçuların istifadə etdiyi, onlayn şəkildə də asanlıqla əldə edilən xüsusi maskaların istifadəsinin daha məntiqli olacağını bildirib. Bu maskalar hava kirliliyi əleyhinə istifadə olunur. 


Qeyd edək ki, Ranstın indi təklif etdiyi bu fikri İtaliyada liqalar təxirə salınmamışdan əvvəl "Benevento" və "Peskara" komandaları irəli sürmüşdü. Amma təklif hakim tərəfindən rədd cavabı almışdı.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top