"Bu addımlar vətəndaşın həyatını, sağlamlıq və rifahını qorumaq üçün atılır" — Elman Nəsirov

SİYASƏT 18 apr 2020, 22:45

Prezident İlham Əliyev iqtisadi fəallığın artırılması istiqamətində ardıcıl tədbirlər görüb və lazımi tapşırıqlar verib.


Demokrat.az bildirir ki, bunu trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti əhalinin sağlamlığı ilə yanaşı, insanların sosial rifahının gücləndirilməsi ilə bağlı da lazım olan bütün addımları atıb:


"Dövlət başçısı, həmçinin ölkənin iqtisadi fəallığının artırılması istiqamətində ardıcıl tədbirlər görüb və lazımi tapşırıqlar verib. İndiki vəziyyətdə iqtisadi fəallıq nə qədər gücləndirilərsə, sosialyönümlü layihələrin icrası bir o qədər asan olar. Bu kontekstdə Prezident İlham Əliyev xüsusilə də aztəminatlı ailələrin sosial müdafiəsi və özünüməşğulluq məsələlərinə xüsusi diqqət ayırıb. Əvvəllər bu prosesə Dünya Bankı da cəlb edilmişdi. İlk dəfə olaraq Azərbaycanın yerli bankları da bu prosesə cəlb edilib və onların maliyyə dəstəyi ilə proqram daha da gücləndiriləcək.


Bu gün əsas məqsəd pandemiya şəraitində ziyan çəkən 600 min insana dəstək verməkdir. Hansı ki, həmin 600 min nəfərin içərisində 300 min sahibkar bu virusdan daha çox əziyyət çəkib. Dövlət həmin şəxslərə dəymiş ziyanın böyük bir hissəəsini öz üzərinə götürür. Azərbaycan Prezidentinin yeritdiyi siyasətin təməlində humanizm prinsipləri və vətəndaşların sosial rifahı durur. Bu məqsədlə də ölkədə işsiz olanlara 190 manat birdəfəlik ödəniş nəzərdə tutulur. Artıq bu məbləğin vətəndaşlara verilməsinə başlanıb. Belə bir vəziyyətdə cənab Prezident 190 manat vəsaitin 200 min nəfərə verilməsi prosesinə xüsusi diqqət yetirərək həmin şəxslərin sayının 600 min nəfərə çatdırılmasına göstəriş verdi. Bu da o deməkdir ki, bu müavinətin verilməsindən 200 min deyil, 600 min nəfər faydalanacaq. Bütün bu addımlar Azərbaycan vətəndaşının həyatını, onun sağlamlığı və rifahını qorumaq üçün atılır".

 

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top