Gəncə şəhərində polisə müraciət edən şəxs oğurluq etdiyini etiraf edərək başqa bir cinayət barədə şikayətçi olub.
Demokrat.az-ın verdiyi xəbərə görə, Göygöl rayon sakini, 1995-ci il təvəllüdlü Zeynalov Elnur Bakıxan oğlu polisə müraciətində bildirib ki, aprelin 12-də şəhərdə yerləşən marketlərdən birindən gizli yolla viski oğurladığı yerdə marketin əməkdaşları onu yaxalayıb.
E.Zeynalovun iddiasına görə, bu zaman tanımadığı bir nəfər onun sol bud nahiyəsindən bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)