Böyük Britaniyanın Baş naziri Boris Conson xəstəxanadan evə buraxılıb.
BakuPost.az xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
Qeyd edək ki, B.Conson koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilmişdi. O, bir neçə gün reanimasiyada qaldıqdan sonra palatada müalicəsini davam etdirib. Hazırda Baş Nazir şəhər ətrafındakı iqamətgahındadır.