“Gündə 50 qram için” — Lukaşenkodan məmurlara məsləhət (VİDEO)

MARAQLI 20 mar 2020, 15:19

Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusdan qorunmağın yolları ilə bağlı məsələhət verib.


Demokrat.az Belarus KİV-nə istinadən xəbər verir ki, Belarus rəhbəri yerli icra rəhbərləri ilə görüşündə araq, sauna və tarla işlərinin virusdan qoruduğunu deyib:


“Mən içən adam deyiləm. Ancaq son zamanlar, zarafatla deyirəm ki, araqla yalnız əllərinizi yumayın, gündə 40-50 qram ondan için. Təmiz spirt virusu öldürür”.


Lukaşenko eyni zamanda, bunu iş vaxtında etməməyi məsləhət görüb.


Bundan başqa, o, məmurlara saunaya getməyi məsləhət görüb:


“Saunaya gedin. Həftədə 2-3 dəfə faydalıdır. Çinlilər bizə dedi ki, bu virus 60 dərəcə temperaturda məhv olur”.


Belarus Prezidenti üçüncü məsləhət kimi tarlada işləməyi deyib:


“Televizora baxırsan: traktorla işləyən insanların heç biri virusdan danışmır. Traktor hər kəsi sağaldır. Tarlalar hamıya şəfa verir”.(Qafqazinfo)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top