Bakıda avtobusla yük maşını toqquşdu — xəsarət alanlar var

HADİSƏ 07 yan 2020, 23:51

Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub.

 

Demokrat.az   "Report"a istinadən  xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 202 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu çörək daşıyan yük maşını ilə toqquşub. Nəticədə avtobusda olan sərnişinlər arasında xəsarət alanlar var.

 

Qəza səbəbindən ərazidə tıxac yaranıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top