Sərnişinin ürəyi getdi — Bakıdan havaya qalxan təyyarə təcili eniş etdi

HADİSƏ 03 yan 2020, 16:16

Bakı-Moskva sərnişin təyyarəsi təcili eniş edib.


“Aeroflot” aviaşirkətinə məxsus 1853 saylı Bakıdan Moskvaya uçan təyyarə təcili eniş edib.


REN TV-nin xəbərinə görə, sərnişinlərdən birinin özünü pis hiss etməsi və ürəyinin getməsi səbəbindən təyyarə təcili Volqoqrada endirilib.


Bu barədə aeroportun mətbuat katibi Anastasiya Qolodova məlumat verib:


“Təyyarə sərnişinlərdən birinin səhhətinin pis olması səbəbindən Volqoqrad hava limanına təcili eniş edib. Sərnişin təyyarədən çıxarılaraq xəstəxanaya çatdırılıb”, - deyə o bildirib.


Onun dediyinə görə, 85 sərnişinin olduğu təyyarə bir saat gecikmə ilə Moskvaya çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top