"Kirayə pulunu vaxtında verirdilər deyə, onlardan şübhələnməmişdim" — Şahin Diniyev

İDMAN 26 dek 2019, 20:03

Bəli, kirayə verdiyim mənzilin əşyaları icazəm olmadan satılıb.


Demokrat.az bildirir ki, bu barədə oxu.az-a AFFA Məşqçilər Komitəsinin üzvü, millimizin sabiq baş məşqçisi Şahin Diniyev bildirib. Onun Bakıxanov qəsəbəsində kirayəyə verdiyi mənzilin əşyaları kirayə qalan qadın və onun tanışı tərəfindən elan saytına yerləşdirilərək satılıb. Həmin iki insan Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

 

“Hazırda onlar barəsində istintaq gedir. Təxminən 15 gündür ki, tutulublar. Mənə qohum deyillər, tamam başqa, kənar adama kirayəyə vermişdim. Pulu vaxtı-vaxtında verirdilər deyə, şübhələndiyim bir məqam yox idi. Sadəcə olaraq, bu hadisə bir neçə günün içərisində olub”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top