Ən çox yağış bu rayonlara yağıb — FAKTİKİ HAVA

SOSİAL 29 sentyabr 2025, 11:04
Sentyabrın 29-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edib.

Düşən yağıntının miqdarı Lerikdə 13, Lənkəranda 6, Astarada 4, Balakən, Zaqatala, Yardımlı, Şəkidə(Kişçay) 3, Qəbələ, Cəlilabad, Qubada 2, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir,Tovuz, Oğuz, Şamaxı, Altıağac, Qusar, Göyçay, Beyləqanda 1 mm-dək qeydə alınıb.

Yevlax, Göyçay, Lerik, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Sarıbaş(Qax), Kişçay(Şəki), Şamaxı,Qrızda duman müşahidə olunub. Görünüş məsafəsi 500 m-dək məhdudlaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 sentyabr 2025, 12:42
Top