Üzeyir Hacıbəylinin 140 illiyi dövlət səviyyəsində qeyd olunur — Nazir müavini

MƏDƏNİYYƏT 26 sentyabr 2025, 14:22
“Azərbaycan Respublikasının Prezidentinin imzaladığı Sərəncama əsasən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən genişmiqyaslı Tədbirlər Planı hazırlanaraq icrasına başlanılıb. Belə ki, böyük bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə dövlət səviyyəsində geniş qeyd olunur”.

Demokrat.az
xəbər verir ki, bunu XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” adlı beynəlxalq forumda çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib. 

Nazir müavini qeyd edib ki, “Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” adlı beynəlxalq forum bu gün növbəti dəfə dəyərli elm və sənət xadimlərini bir araya toplayıb. 

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sentyabr 2025, 15:18
Top