AYNA rəhbərinin şübhəli villa əməliyyatı — Dövlətin düşməninə 1 milyon verib?

GÜNDƏM 22 sentyabr 2025, 13:29
Adnan Əhmədzadənin həbsi bir çox layları tərpədib. Gizli-aşkar oliqarxları hədəfə çıxarıb. Yəqin istintaq bu işdə müəyyən araşdırmalar aparır. Üstəlik media da boş dayanmır, bəzi həssas nöqtələrə yoxlama “zərbələri” endirir.

Globalinfo.az bildirir ki, bu proses bir qədər əvvəl mediada haqqında məlumat yayılan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevlə bağlı iddiaları gündəmə gətirib.

Belə ki, Demokrat.az-ın yazdığına görə, Anar Rzayev “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi, hazırda axtarışda olan və dələduzluqda ittiham edilən iş adamı İlqar Hacıyevin villasını 1 milyona alıb:

“1 milyon manatın 300 min manatı metronun “Gənclik” stansiyası ərazində yeni inşa olunmuş çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillə əvəzləşdirilib, 700 min manatı isə nağd ödəniləcək. Artıq Anar Rzayevin adamları tərəfindən həmin villaya baxış da keçirilib”.

Bu, olduqca ciddi məsələ olmaqla yanaşı, AYNA rəhbərində bu qədər vəsaitin haradan olması sualını da aktuallaşdırır. Şübhələri artıran digər məqam AYNA-nın bu xəbərə rəsmi şəkildə aydınlıq gətirməməsidir. İlqar Əliyev Azərbaycan dövlətinə qarşı qərəzli və düşməncə mövqeyi ilə tanınır. AYNA rəhbərinin belə bir adamla alverə girməsi olduqca riskli görünür. Bəs Anar Rzayevi bu qədər cəsarətləndirən hansı səbəblərdir.
Bununla yanaşı, zaman-zaman mətbuatda Anar Rzayevlə bağlı müxtəlif neqativ məzmunlu xəbərlər yayılır. Xüsusən parkinq xidmətlərində və tender məsələlərində AYNA sədrinin adı qanunsuz əməllərdə hallanır. Bütün bunlar onun və rəhbərlik etdiyi qurumla bağlı araşdırmaların aparılacağını gündəmə gətirir.

Xatırladaq ki, İlqar Hacıyev 17 milyon manatlıq dələduzluqda ittiham olunur. Belə ki, Hacıyev İlqar Allaz oğlu barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işi başlanılıb.
İ.Hacıyev istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 25.12.2020-ci iltarixli qərarla barəsində axtarış elan edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.01.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İlqar Hacıyevi 15 iyul 2025-ci il tarixdə Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət edilib.

Ona xəbərdarlıq edilib ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla, barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

AYNA rəhbəri Anar Rzayevin mövqeyini dərc etməyə hazırıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sentyabr 2025, 13:08
Top