Astarada ağır qəza — 16 yaşlı sərnişin öldü

HADİSƏ 22 sentyabr 2025, 09:17
Ötən gün saat 21:30 radələrində Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, rayonun Çayoba kəndi ərazisində “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin Vaqo kənd sakini, 2009-cu il təvəllüdlü İgid Ramin oğlu Salayev aldığı ağır xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sentyabr 2025, 13:08
22 sentyabr 2025, 12:36
22 sentyabr 2025, 11:27
Top