Gədəbəydə qardaşla bacını avtomobil vurdu

HADİSƏ 21 sentyabr 2025, 19:09

Gədəbəydə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Niva" markalı minik maşını yolu keçmək istəyən V.Qəhrəmanlını və onun bacısı G.Qəhrəmanlını vurub. Onlar dərhal xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2025, 17:53
Top