Füzulidə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

HADİSƏ 21 sentyabr 2025, 23:58
Füzulidə iki avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

APA-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, hadisə rayonun Yuxarı Yağlıvənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "KİA" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər Beyləqan rayon Birinci Şahsevən kənd sakinləri, 2003-cü il təvəllüdlü Əmirzadə Fərid Fəxri oğlu, 2002-ci il təvəllüdlü İbrahimov Füzuli Sədrəddin oğlu, Füzuli rayon Bala Bəhmənli kənd sakini 1969-cu il təvəllüdlü Niyazova Kübra Oruc qızı və Füzuli rayon Böyük Bəhmənli kənd sakini 1992-ci il təvəllüdlü Mirzəyev Cavid Koroğlu oğludur.

Yaralılar Füzuli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, xəsarət alanların üçü tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sentyabr 2025, 00:13
21 sentyabr 2025, 23:14
Top